EN

"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşdi - İDDİA

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub. Paytaxt klubuna Roman Qriqorçuk rəhbərlik edəcək.

Prosport.Az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə, eləcə də klubun azarkeş səhifəsində paylaşılıb.

Ukraynalı çalışdırıcının təyinatının yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2015-18-ci illərdə “Qəbələ”nin baş məşqçisi olmuş, klubu 2 dəfə Avropa Liqasının qrupuna daşımış Qriqorçuk ötən ay 3 il çalışdığı “Çernomorets”dən ayrılıb. O, ölkəmizdən getdikdən sonra “Astana” və Soliqorsk “Şaxtyor”unda da işləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
prosport.az

1Sources