Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə”nin “Şerif”lə oyunlarının vaxtı və başlama saatı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasındakı ilk oyun Moldovada iyulun 11-də, saat 21:00-da baş tutacaq. Cavab görüşü isə bir həftə sonra – iyulun 18-də, “Liv Bona Dea Arena”da keçiriləcək.
Matç saat 20:00-da başlayacaq.
Xatırladaq ki, I təsnifat mərhələsini keçən komanda 2-ci turda “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək.