Türkiyəli məşhur aktyorlar Hande Erçel və Barış Arduç filmə çəkilir.
Ölkə.Az xəbər verir ki, onlar "Rüzgara bırak" adlı filmdə tərəf müqabili olacaqlar.
"Netflix" üçün çəkiləcək filmin hekayəsi qısaca belədir: Yazman Şirkətlər Qrupunun iki varisi Çeşmədə yaşayan Ege Yazıcı (Barış Arduç) və şirkətlər qrupunun baş direktoru Aslı Mansoy (Hande Erçelqarşı-qarşıya gələcəklər.
Filmin çəkilişləri İstanbul, Urla, Çeşme və Alaçatıda baş tutacaq.
Ölkə.Az