Lənkəranda 35 yaşlı kişi körpüdən yıxılaraq ölüb.
Bakıvaxtı.az “Report”a istinadla xəbər verir ki, 27.01.1989- cu il təvəllüdlü Lənkəran rayon Sütəmurdov kənd sakini Rəhimov Vüsal Əliqulu oglunun meyiti “Dəhnə” deyilən ərazidəki körpünün altından tapılıb.
Deyilənlərə görə, V.Rəhimovdan dünəndən xəbər yox imiş. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçiriblər.
İlkin rəyə görə mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.
Meyit müayinə olunmaq üçün MORQ-a təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.