EN

Dağıstanda məhv edilən silahlılardan biri partiya sədri olub

Bakı. Trend:

Dağıstanda məhv edilən terrorçulardan biri əvvəllər “ƏdalətliRusiya” partiyasının rayon şöbəsinə rəhbərlik edib.

Trend bu barədə ruskİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Əli Zəkariqayev Serqokalinski rayonunda partiyaşöbəsinin sədri olub, iki il əvvəl bu vəzifəni tərk edib. O, bundansonra partiyanın üzvü kimi qalıb.

Qeyd edilir ki, Zəkariqayev Dağıstanın Serqokalinski rayonununrəhbəri Maqomed Ömərovun qardaşı oğludur.

Qeyd edək ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, terrorcinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edənşəxslərin zərərsizləşdirilməsi üçün Rusiya FSB-nin Dağıstan üzrədepartamenti antiterror əməliyyatı keçirib. Mahaçqala və Dərbəndşəhərlərinin inzibati sərhədləri daxilində antiterror əməliyyatınınhüquqi rejimi bu gün saat 08:15-də ləğv edilib..

Bazar günü Dərbənd və Mahaçqalada silahlı şəxslər pravoslavkilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Sonməlumatlara görə, 15-dən çox polis əməkdaşı, həmçinin bir neçəmülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi terroraktlarının qurbanı olub. Həmçinin, ikisi Dərbənddə, üçü isəMahaçqalada olmaqla beş terrorçu zərərsizləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
1
az.trend.az

2Sources