Sabah Ukraynanın Aİ-yə daxil olması üzrə danışıqlar başlayacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "X" sosial şəbəkəsində yazıb.
O, Rusiya iqtisadiyyatını daha da boğmaq üçün Aİ-nin 14-cü sanksiyalar paketinin əhəmiyyətini vurğulayıb və Aİ-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maraqları naminə istifadəsinə dair son addımlarını alqışlayıb.
Kuleba hərbi yardımın, xüsusilə də hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsinin vacibliyini qeyd edib.
Telegram kanalımız