EN

Sənan İsmayılovun kitabı Rusiyada çap olundu

Yazıçı Sənan İsmayılovun “Çarpazlaşan yuxular” kitabı Rusiyada “Rugram” nəşriyyatı tərəfindən çap olunub.

Kulis.az xəbər verir ki, kitaba dörd povest daxildir.

“Üçüncü dairə”, “Qopma”, “Çarpazlaşan yuxular” və “Rəqəmlər” adlı povestlərin toplandığı kitabda oxucular bir-birindən maraqlı hadisələrlə tanış olacaq. Povestlərin baş qəhrəmanları Kasmet adlı müstəntiq və Evkaya adlı psixoloqdur. Hadisələr 2065-ci ildə, “Yersalan” adlı kiçik ölkədə baş verir.

Qeyd edək ki, yazıçının bundan əvvəl "Yük" və "Hər(i)flərin oyunu" kitabları oxucuların ixtiyarına verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
kulis.az

1Sources