EN

SON DƏQİQƏ: “Turan Tovuz”dan yay fasiləsinin ilk transferi

Tural Bayramlının yeni iş yeri məlum olub.

“Araz-Naxçıvan”dan ayrılan yarımmüdafiəçi bundan sonra Kurban Berdıyevin sərəncamında olacaq.

O, “Turan Tovuz”la 2 illik müqavilə şərti ilə razılığa gəlib. Qərb təmsilçisi yaxın saatlarda transfer xəbərini açıqlayacaq.

26 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”), “Zirə” və “Səbail”in şərəfini qoruyub, Latviyada (Dauqavpils) və Yunanıstanda (Pierikos) legioner həyatı yaşayıb.

HƏBİB / //SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
sportinfo.az

1Sources