EN

Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən 2,5 milyard avro ayrılıb

Ukraynaya Rusiya Federasiyasının dondurulmuş aktivlərindən 2,5 milyard avro ayrılıb.

Bu barədə qərar Avropa İttifaqı xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında qəbul edilib.

Məsələ ilə bağlı Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib ki, yaxın günlərdə Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirdən 2,5 milyard avro veriləcək.

Onun sözlərinə görə, müharibə davam etdiyi müddətdə Ukraynaya mütəmadi olaraq Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirdən maliyyə yardımı ediləcək.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
oxumeni.az

1Sources