EN

Müxtəlif şikayətlərlə Naftalan ŞMX-ya müraciət edən pasiyent sağlamlığına qovuşub

2003-cü il təvəllüdlü Nigar Sadıqova mədə nahiyəsində ağrı, gəyirmə, qıcqırma, öyümə, bəzi qidaları qəbul etdikdən sonra mədədə narahatlığın artması, baş ağrısı şikayətləri ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinə müraciət edib.
 
Naftalan ŞMX-dan Aztibb.az-a verilən məlumata görə, pasiyentə zəruri tibbi xidmətlər göstərilib və xroniki qastritin kəskinləşməsi diaqnozu təyin edilib. Terapiya şöbəsində stasionar müalicə almış pasiyentin vəziyyəti nomaldır.
 
N.Sadıqova göstərilən xidmətə görə başda müəssisənin rəhbərliyi olmaqla, Terapiya şöbəsinin həkim-terapevti Qurban İbrahimova və şöbənin kollektivinə minnətdarlığını bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
aztibb.az

1Sources