EN

Almaniya millisinin əsas müdafiəçisi zədələnib

Almaniya millisinin əsas futbolçularından hesab edilən Antonio Rudiger ölkəsində keçirilən Avropa çempionatında zədələnib.

"İki sahil" "Football Espana" nəşrinə istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Yulian Naqelsmann açıqlama verib.

O, müdafiəçinin İsveçrə ilə heç-heçə etdikləri qrup mərhələsinin II tur matçında ombasından xəsarət aldığını bildirib: "Ümid edirəm ki, ona ciddi bir şey olmayıb. Amma bu, bizə problem yarada bilər".

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq. Almaniya yığması A qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
4
ikisahil.az

5Sources