EN

Ağdaşın Cücük kəndində sakinlərin səyyar tibbi müayinəsi aparılıb

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkim və tibb işçilərindən təşkil edilən səyyar briqadalar tərəfindən Ağdaş rayonunun Cücük kəndində sakinlərin səyyar tibbi müayinəsi həyata keçirilib.
 
Bu barədə Aztibb.az-a Ağdaş RMX-dan məlumat verilib.
 
Kənd sakinləri ixtisaslı həkim (pediatr, terapevt, lobarant, mama-ginekoloq, nevropatoloq) tərəfindən laborator və instrumental müayinələrə cəlb edilib.
 
Qeyd edək ki, kəndlərdə keçirilən tibbi müayinələrin əsas məqsədi rayon mərkəzindən uzaqda məskunlaşmış əhaliyə tibbi xidmətlərin əlçatanlığını, peyvənddən kənar qalmış uşaqların vaksinasiyasını, qeydiyyatsız hamilələrin aşkarlanmasını, hamilə və yenidoğulmuşların patronajını, əhalinin peyvənd haqqında maarifləndirilməsini, laborator, instrumental müayinələrin keçirilməsini təmin etməkdir.
Chosen
81
1
aztibb.az

2Sources