Almaniya millisinin futbolçusu Toni Kroos Avropa çempionatlarının tarixinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi turnirdə iştirak etdiyi oyunlarda 324 dəqiq ötürmə etməklə rekord qırıb. O, 2016-cı ildə keçirilən Avropa çempionatında 323 dəqiq ötürmə ilə hamını qabaqlamışdı.
Avro-2024-də A qrupunda yer alan Almaniya millisi 1/8 finala vəsiqə qazanıb.