EN

Borrell Gürcüstanı hədələdi: Avropa İttifaqına “qapılar bağlana” bilər

“Aİ-yə gedən yol Gürcüstan xalqı üçün açıqdır, lakin hökumət öz gördüyü işləri davam etdirsə, bu yol bağlanacaq...”
“Hakimiyyəti öz siyasətini davam etdirsə, Avropa İttifaqı Gürcüstana qapını bağlayacaq”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Bvropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozef Borrell rəsmi Tbilisinin “Xarici agentlər” haqqında qanun və LGBT təbliğatının qadağan edilməsi ilə bağlı hərəkətləri, qərarları barədə danışarkən deyib.
“Aİ-yə gedən yol Gürcüstan xalqı üçün açıqdır, lakin hökumət öz gördüyü işləri davam etdirsə, bu yol bağlanacaq... Bu gün Aİ ölkələri konkret qərarlar qəbul etmir, söhbət vəziyyətin müzakirəsindən və mümkün tədbirlərdən gedir...”, Borell vurğulayıb.
Aİ rəsmisinə görə, tədbirlərdən biri Avropa Sülh Fondunun maliyyə dəstəyinin azaldılması ola bilər.
Brüssel həmçinin yüksək səviyyəli siyasi əlaqələri dayandıra və ya məhdudlaşdıra bilər.
Eyni zamanda, Borrell əlavə edib ki, bu cür tədbirlər “əhaliyə təsir etməməlidir”.
Bundan əvvəl mətbuatda Aİ-nin Gürcüstanın “Xarici agentlər” haqqında qəbul edilmiş qanununa cavab olaraq bir sıra tədbirləri, o cümlədən yüksək səviyyəli ikitərəfli səfərləri dayandırmaq imkanını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı. Sensasiyalı qanunun qəbulu ilə yanaşı, Gürcüstan ictimai LGBT təbliğat tədbirlərini də qadağan etməyi planlaşdırır və cinsiyyətin dəyişdirilməsi əməliyyatlarının kriminallaşdırılması təklif edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
154
1
ayna.az

2Sources