EN

Bu ittihamlar rəsmi Bakının mövqeyində heç bir dəyişiklik edə bilməz- ÖZƏL

"Rəsmi Bakı bütün ittihamlara lazımi cavab verəcək. Jozep Borrelin nə deməsindən asılı olmayaraq, Bakıda həbsdə olan erməni terrorçuların Azərbaycan və Ermənistan arasında sülh prosesinə aidiyyatı yoxdur və bunlar danışıqların predmeti deyillər".



Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Bu şəxslər onilliklər boyu Azərbaycan ərazisində hərbi cinayətlər törədiblər. Onların hərbi cinayətlərinin nəticələri hələ də Azərbaycanda özünü göstərməkdədir. Bunların yerləşdirdiyi minalar hələ də Azərbaycana qarşı mina terroru üzərindən müharibənin dayandırılması xarakteri daşıyır. Erməni separatçı, terrorçuların rəhbərlərinin Bakıda mühakimə olunması hüquqi məsələdir. Bunun siyasətlə və ya sülh prosesi ilə heç bir əlaqəsi yoxdur. Üstəlik, Paşinyan hakimiyyəti, yəni Ermənistan belə bu adamlarla bağlı ciddi mövqe tutmur. Hərdən gündəmə gətirirlər, vəssalam. Onların geri tələb olunması, geri qaytarılması məsələsi Azərbaycan-Ermənistan sülh prosesinin danışıqlar mərhələsinin müzakirə mövzusu deyil. Ona görə də avropalılar Azərbaycana qarşı ittihamlar irəli sürməklə bundan pul qazanırlar, erməni diasporundan rüşvət alırlar. Eyni zamanda bunu Azərbaycana qarşı təzyiq vasitəsinə çevirməyə çalışırlar ki, bu da mümkün deyil. Azərbaycan dövləti Qərb, Avropa Birliyi rüşvətxorlarının təzyiqləri qarşısında geri çəkiləcək dövlət deyil. Azərbaycan bütün bunların hamısına müqavimət də göstərə bilər, hamısının qarşısında duruş da gətirə bilər. Jozep Borrel başda olmaqa avropalı rüşvətxorların Azərbaycana qarşı ittihamları rəsmi Bakının mövqeyində heç bir dəyişiklik edə bilməz".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
olaylar.az

1Sources