EN

“Ronaldodan qorxmuram” – gürcü futbolçu

Gürcüstan millisinin futbolçusu Zuriko Davitaşvili Avro-2024-ün qrup mərhələsinin sonuncu turunun Portuqaliya ilə oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, vinger rəqib komandanın hücumçusu Kriştiano Ronaldodan qorxmadığını deyib:

“Ronaldoya qarşı oynamaq gözəl olacaq. Ondan qorxmuram, sona qədər döyüşəcəyik. Oyunu səbirsizliklə gözləyirəm. Bu cür komandalara qarşı necə oynaya bildiyimizi göstərmək istəyirik”.

Gürcüstan yığması F qrupunda Portuqaliya, Türkiyə və Çexiya ilə mübarizə aparır. Villi Sanyolun komandası qrupda bir xalla sonuncu sıradadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources