Bakıda əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov dəfn edilir.
Bizim.Media Real TV-yə istinadən xəbər veri ki, Eldəniz Məmmədovun cənazəsi dəfn edilmək üçün Bakıxanov qəbiristanlığına gətirilib.
Xatırladaq ki, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.
Bizim.Media