EN

Xaricdən aldığımız yuyucu vasitələrin qiyməti ucuzlaşıb – Rəqəmlər

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 28 min 686 ton miqdarında sintetik yuyucu vasitələr gətirilib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun alışına 30 milyon 408 min ABŞ dolları xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən alınan yuyucu vasitələrinin miqdarında dəyişkilik olmasa da, dəyərində 2 milyon 466 min ABŞ dolları və ya 7,5% azalma olub. 

2023-cü ilin eyni dövründə xaricdən alınan eyni miqdarda yuyucu vasitələrinə çəkilən xərc 32 milyon 874 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə xaricdən alınan yuyucu vasitələrinin bir tonu üçün orta gömrük dəyəri min 60 ABŞ dolları (min 802 manat) olub ki, bu da illik müqayisədə 86 ABŞ dolları (146,2 manat) azdır. Ötən ilin eyni dövründə bu qiymət min 146 ABŞ dolları (min 948,2 manat) olub.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
valyuta.az

1Sources