EN

İranda prezident seçkiləri ilə bağlı keçirilən anket sorğusunun nəticləri bəlli olub

Bakı. TurkicWorld :

İranda keçirilən rəy sorğusunda iyunun 28-də keçiriləcək prezident seçkiləri uğrunda mübarizə aparan namizədlərdən islahatçı Məsud Pezeşkian zirvəyə yüksəlib.

TurkicWorld xəbər verir ki, İran Tələbə Sorğu Agentliyi (ISPA) 22-23 iyun tarixlərində keçiriləcək prezident seçkiləri ilə bağlı ölkə daxilində keçirdiyi üzbəüz sorğunun nəticələrini paylaşıb. Pezeşkian yüksəlişə keçərək 24,4 faizlə birinci, səsləri getdikcə azalan mühafizəkar Səid Cəlili isə 24 faizlə ikinci, bir digər mühafizəkar namizəd Məhəmməd Bakır Kalibaf isə 14,7 faizlə üçüncü olduğu ifadə edilib.

Ölkənin 31 əyalətində yaşı 18-dən yuxarı olan 4057 nəfərlə aparılan sorğuda mütləq seçkidə iştirak edəcəklərini bildirən və ya seçkidə iştirak etməyi düşünən seçicilərə “Əgər prezident seçkiləri indi keçirilsəydi, hansı prezidentliyə namizədə səs verərdiniz?" sualı ünvanlanıb.

İştirakçıların 24,4 faizi səslərində artım müşahidə edilən islahatçıların namizədi keçmiş səhiyyə naziri Pezeşkiyana, 24 faizi isə Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Cəliliyə səs verəcəklərini bildirib. Əvvəlki bir çox sorğuda ön sıralarda olan parlament sədri Kalibaf isə 14,7 faizlə üçüncü olub.

Digər namizədlər arasında Əmir Hüseyn Kadızadəhaşimi 2 faiz, Əli Rıza Zəkani 1,7 faiz, Mustafa Purmuhammedi isə 0,7 faiz səs toplayıb.

Səs verəcəyini bildirənlərin 43,9 faizi mütləq seçkiyə gedəcəyini, 7,7 faizi yəqin ki, iştirak edəcəyini, 14,8 faizi isə bu məsələ ilə bağlı hələ qərar vermədiyini bildirib. Sorğuda iştirak edənlərin 5,7 faizi seçkiyə getmə ehtimalının az olduğunu bildirsə də, 27,9 faizi ümumiyyətlə səs verməyəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
1
turkic.world

2Sources