EN

“Yapı Kredi Azərbaycan” və “Ziraat Bank Azərbaycan“da əmək haqqı nə qədərdir? – MƏBLƏĞ

Azərbaycanda fəaliyyət göstərən Türkiyə kapitallı banklarda əmək işçilərə ödənilən orta aylıq əmək haqqları məlum olub.

FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, “Yapı Kredi Azərbaycan”da bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 4602 manat, “Ziraat Bank Azərbaycan“da isə 3 479 manat təşkil edib.

Xatırladaq ki, ümumilikdə 2023-cü ildə “Yapı Kredi Azərbaycan”da işçilərin əmək haqqı xərclərinə 14,9 milyon manat sərf edilib. “Ziraat Bank Azərbaycan“ da 2023-cü ildə 7,3 milyon manat xərclənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
fed.az

1Sources