EN

Ukrayna Kursk vilayətinə “HİMARS” atdı - İlk dəfə

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayətinə ilk dəfə “HİMARS” raketləri atıb.

“AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, “HİMARS” mərmiləri ərazidəki Federal Təhlükəsizlik Xidmətinin binasına düşüb.

Rusiyanın “ASTRA” kanalı məlumatlı mənbələrə istinadla xəbər verir ki, iyunun 22-də Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə iki “HIMARS” raketi atıb. Raketlərdən biri Sudja rayonunun Mirnı kəndinə, digəri isə Belevski rayonunun Dlinnıye Bumı kəndinə düşüb. 

Qeyd olunur ki, hər iki raket vurulub, lakin onlardan birinin qalıqları FSB-nin Sudjadakı sərhəd idarəsinin binasını qismən dağıdıb: “Bir işçi yaralanıb, 2 avtomobilə də ziyan dəyib”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources