Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumu nəticəsində 4 nəfər ölüb, 153 nəfər xəsarət alıb.
Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev bildirib.
“153 nəfər həkimə müraciət edib, onlardan 27-si uşaqdır. Hadisə nəticəsində 4 nəfər ölüb. Ölənlərdən ikisi uşaqdır”, - deyə Razvojayev hökumətin iclasında deyib.
Səhiyyə departamentinin direktorunun sözlərinə görə, hazırda 74 pasiyent ambulator müalicə alır. Ümumilikdə hadisə zamanı 30-dan çox təcili yardım briqadası çalışıb, çoxlu sayda insan özü4 saylı şəhər xəstəxanasına gəlib.
Zərərçəkənlərə kompensasiya ödəniləcək", - Razvojayev əlavə edib.
Zaur
BakuPost