EN

Fil öz baxıcısını öldürdü – ANBAAN VİDEO

Hindistanın Kerala əyalətinin İdukki bölgəsindəki Kallar rayonunda fil öz baxıcısını öldürüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 53 yaşlı fil onun ayaqlarına vuran baxıcısına ölümcül hücum edib.

Fili bağlamaq istəyən baxıcının 62 yaşlı M Balakrişnan olduğu müəyyənləşib.

Yerli KİV-in məlumatına görə, faciəvi hadisə ilə əlaqədar safari parkına qarşı istintaq başladılıb. Meşə Təsərrüfatı Nazirliyi tərəfindən parkın dərhal bağlanması tapşırılıb.

Filin sahibi Kottayam rayonunun Erumeli sakini A H Cəlaludin olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
1
konkret.az

2Sources