EN

“Şablon suallarla işçinin potensialını kəşf etmək mümkün deyil”

İş müsahibəsində “Niyə bizim şirkətdə işləmək istəyirsiniz?” “Özünüzü gələcəkdə hansı vəzifədə görürsünüz?” “Niyə bu vəzifəyə sizi götürməliyik?” və s. kimi bir çox suallar verilir. Bu suallar demək olar ki, ümumiləşmiş və şablon halına gəlib. İş müsahibəsinə gedənlər də az-çox bu suallara nəzər edib hazır cavablarla gedirlər.

Bəs iş müsahibəsi zamanı işəgötürənlər namizədlərə hansı tipli suallar verməlidirlər ki, onları daha çox kəşf etmiş olsunlar?

Valyuta.az-a danışan HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, müsahibələr əsasən səriştə əsasında aparılmalıdır:

“Azərbaycanda işəgötürmə prosesi zamanı namizədlərə şablon suallar verirlər. Namizədlər də internetdən əldə etdikləri məlumatlar vasitəsilə bu sualları cavablayırlar. İşəgötürənlər, HR-lar, sahibkarlar səriştə əsaslı, işçinin potensialını kəşf edəcək suallar versələr, onların xeyirinə olar. Bunun üçün işçiyə müxtəlif keys xarakterli suallar verilməlidir. Onlara müxtəlif situasiyaya salacaq suallar verilməlidir ki, işçinin potensialını kəşf etsinlər. Əks halda, standart şablon suallarla işçinin potensialını kəşf etmək mümkün deyil. Bu baxımdan işəgötürənlər buna diqqət etməlidirlər”.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
valyuta.az

1Sources