EN

Krım Daxili İşlər Nazirliyinin baş müstəntiqi saxlanıldı

Krım Daxili İşlər Nazirliyinin baş müstəntiqi Ukraynaya casusluq etdiyinə görə saxlanılıb.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, 38 yaşlı Sergey E. 2016-cı ildən yarımadanın sakinləri haqqında məlumat toplayaraq düşmənə ötürüb. Onun barəsində “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi açılıb.

Qeyd olunur ki, həmin şəxs 8 il əvvəl daxili işlər işçisi olub. Daxili İşlər Nazirliyinin nəzarət-metodiki şöbəsində mayor rütbəsi ilə xidmət edib. FSB öyrənib ki, bu müddət ərzində o, Rusiya və Ukrayna vətəndaşlarının şəxsi məlumatlarını məxfi bazalardan Ukrayna Təhlükəsizlik Xidmətinə ötürüb.

Keçmiş polisi 20 ilə qədər həbs və 500 min rubla qədər cərimə gözləyir.

Orxan

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
konkret.az

1Sources