Daha doğrusu, baş məşqçinin səlahiyyətlərini yerinə yetirən Viktor Mixaylovu mayın 7-də ukraynalı Yuri Qura əvəzlədi. 1976-cı il avqustun 8-də Aleksandriyada dünyaya gələn Quranın futbolçu karyerası əsasən Qazaxıstan klubları ilə bağlıdı. Amma karyerasını vətənində bitirib və elə orda da məşqçiliyə başlayıb. 2021-ci ildə “Aleksandriya”nın “sükanı arxasına” keçib, 2022-nin dekabrına qədər bu komandanı çalışdırıb. Onun hazırda Rusiya ilə müharibə aparan ölkəni necə tərk etməsi jurnalistlərdə sual doğurub.
“Football-plus.az” Ukrayna mediasına istinadla xəbər verir ki, Qura “Moldovaya necə gedə bildiz” sualına belə cavab verib:
“Müharibədən xeyli əvvəl yararsızlar siyahısındayam. Futbolçu karyerasını bitirəndən sonra mənə bud oynağının osteaortrozu qoyuldu, oynaqlarımı tam dəyişdilər, hərbi xidmətə yararlı deyiləm. Bu üzdən ölkəmi qanuni yolla tərk etdim”.
ORXAN