EN

Qarabağ AVRO-2024-də çıxış edən oyunçu ilə razılığa gəldi

Andrey Lunyovla müqaviləni uzatmayan, Luka Quqeşaşvili ilə yolları ayırmağın biraddımlığında olan «Qarabağ» qapıçı problemini həll edib.

Bu haqda klubdan redaksiyamıza yeni məlumat gəlib.

Verilən informasiyaya görə, Fabiyan Buntiçdən sonra danışıqlar aparılan kiperlə razılıq əldə edilib. Doğrudur, ad açıqlanmır, bununla belə, bildirilib ki, o, hazırda AVRO-2024-də mübarizə aparan millilərdən birinin şərəfini qoruyur.

«Köhlən atlar» onunla 3 illik müqavilə şərtlərində ortaq məxrəcə gəlib. Sadəcə, ağdamlılar gözləmə mövqeyindədir, hər şey qitə çempionatının gedişatından asılıdır.

Bu, ən çox həmin qapıçının istəyidir. Qarşıdakı günlərdə ona başqa və daha sərfəli təklif gəlməsə, «Qarabağ»la münasibətlərini rəsmiləşdirəcək.

SPORTİNFO.AZ

Chosen
105
sportinfo.az

1Sources