EN

Bu həftə bürcləri nələr gözləyir? - Astroloq açıqladı

Məşhur Türkiyəli astroloq Hande Kazanova sosial media hesabında həftəlik ulduz falı şərhlərini paylaşıb.  

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, astroloq bu paylaşımında 24 İyun - 30 İyun həftəsində bürcləri nələr gözlədiyini açıqlayıb. 

O, paylaşımında bildirib: 

\"24 İyun həftəsinə 22 iyunda yaranan tam ayın təsirləri ilə başlayırıq. 

Bu dolunaydan ən çox təsirlənən bürclər Oğlaq, Xərçəng, Tərəzi və Qoç bürcləridir. 

Oğlaq dolunayı iş dünyası, iqtisadiyyat, maliyyə, tikinti sektoru və sənaye ilə əlaqəlidir. 

Bu müddət ərzində maliyyə və iqtisadi məsələlər gündəmimizdə olacaq. 

Eyni zamanda Günəş, Merkuri və Venera Xərçəng bürcündə hərəkət etdiyi üçün mədə problemləri yarana bilər. 

Venera və Merkurinin pul evində olması xərclərə və qazanclara fikir verilməli olduğuna işarə edir. 

Xarici əlaqələr və diplomatik münasibətlərdə problemlər yarana bilər. Təhsil, səyahət, geyim, moda, əyləncə fəaliyyətləri, yerləşdirmə və turizm sahələrində yaxşı inkişaflar gözləyə bilərik. Bununla belə,digər tərəfdən ödəniş və xərclər balansında çətinliklər yarana bilər”. 

Oksana 
Chosen
54
11
azxeber.com

10Sources