EN

AKAF rəsmisi: “Bu il yarışda müəyyən təcrübəsi olanlar iştirak edir”

“Artıq ikinci dəfə Bakıda genişmiqyaslı daxili avarçəkmə yarışı keçirir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat katibi Vüsal Qurbanov deyib.

O bildirib ki, Bulvar ərazisində keçirilən Bakı birinciliyi avarçəkmənin təbliği baxımından mühüm əhəmiyyət daşıyır: “Belə yarışlara gəncləri cəlb etməklə onlar arasında peşəkarları seçmək və gələcəkdə rəqabətə davamlı, güclü komandalar yaratmaqdır. Bugünkü yarışda 60-dək iştirakçı var. Yarışda Bakı ilə yanaşı, Mingəçevirdən olan idmançılar da güclərini sınayırlar. Ötən illə müqayisədə fərq ondadır ki, bundan öncəki illərdə Bakıda və ya Mingəçevirdə yarış keçirərkən 1-2 ay bu idmanla məşğul olanlar gəlirdisə, bu il artıq müəyyən qədər təcrübəsi olanlar iştirak edir. Bu da yarışda rəqabəti artırır və avarçəkmə üzrə ölkəmizdə inkişafa nail olduğumuzdan xəbər verir”.

Qeyd edək ki, bir gün davam edəcək yarışda idmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində yarışacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
idman.biz

1Sources