EN

Rusiya və Kamboca hərbi saziş imzalayıblar

Rusiya Silahlı Qüvvələri ilə Kamboca Kral Ordusu arasında anlaşma memorandumu imzalanıb.

 

Oxu24.com xÉ™bÉ™r verir ki,sÉ™nÉ™d iki ölkÉ™nin orduları arasında “qarşılıqlı hörmÉ™t vÉ™ yardım É™sasında” É™mÉ™kdaÅŸlığı güclÉ™ndirmÉ™yÉ™ yönÉ™lib.

 

Bu, Kamboca vÉ™ Rusiya arasında ilk hÉ™rbi müqavilÉ™dir. Bu barÉ™dÉ™ “Khmer Times” internet portalı mÉ™lumat yayıb.


Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı Oleq Salyukov və Kamboca ordusunun komandanı Mao Sofan sənədi imzalayıb.


Kamboca tərəfdən sənədi Kamboca Kral Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini və Ordu Komandanı Mao Sophan imzalayıb.

 

O, iyunun 18-20-də Rusiyaya səfər edib. Səfər zamanı o, Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ali Baş Komandanı Oleq Salyukovla görüşüb.

 

Yada salaq ki, iyun ayında Kamboca Rusiya tərəfinin tədbirdə iştirak etməməsi səbəbindən Ukraynada sülhün nizamlanması üzrə İsveçrə konfransında iştirakdan imtina etmişdi. Kamboca Senatının sədri Hun Sen izah edib ki, münaqişə tərəflərinin hamısı iştirak etməsə, ölkə sammitdə iştirak etməyəcək.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
oxu24.com

1Sources