EN

"Real"ın yeni transferi bu nömrəni seçdi

Braziliya millisinin hücumçusu Endrik tezliklə "Real Madrid"in sıralarına qoşulacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Mario Korteqa "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O, tərəflər iyulun 21-də, oyunçunun 18 yaşı tamam olanda müqavilə imzalayacaqlarını və onun “kral” klubunda təqdimatı iyulun 26-da baş tutacağını qeyd edib.

 Endrik Madrid nəhəngində 16 nömrəli formanı geyinəcək.

Ötən mövsüm istedadlı hücumçu “Palmeyras” klubunda çıxış edib. Xatırladaq ki, Real Madrid ötən mövsüm İspaniya çempionu olmuşdu. Bundan başqa, Karlo Ançelottinin komandası final oyununda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
90deqiqe.az

1Sources