EN

AB-nin qapıları Gürcüstan üçün bağlanacaq - BORRELL

Əgər hökumət indiki kursunu davam etdirsə, Avropa Birliyi (AB) Gürcüstana qapılarını bağlayacaq.

Bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“İndi AB-nin qapıları Gürcüstan üçün açıqdır. Amma hökumət gördüyü işləri davam etdirsə, bu qapılar bağlanacaq”, - Borrell bildirib.

Qeyd edək ki, Gürcüstan parlamenti “Xarici təsiri şəffaflığı haqqında” qanun layihəsini qəbul etdikdən sonra Qərblə Tbilisinin münasibətlərində ciddi problemlər yaranıb.

Chosen
95
6
korrespondent.az

7Sources