EN

FHN xidməti avtomobilin təmir işlərini sabiq nazirin şirkətinə verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) xidməti avtomobilinin təmir işlərini “İmprotex Motors” şirkəti həyata keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, nazirliyin bununla bağlı elan etdiyi tenderin qalibi sözügedən şirkət olub.

FHN ilə şirkət arasında 1 ədəd “BMW 750LI” minik avtomobilinin təmir xidmətinin satın alınması məqsədil müqavilə imzalanıb.

Qeyd edək ki, “İmprotex Motors” şirkəti 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, 2006-2013-cü illərdə nazir vəzifəsində çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources