EN

“Bilirəm ki, şəhid olacağam” – Təbriz imam-cüməsinin vəsiyyətnaməsi

İranda helikopter qəzasında həlak olan Təbrizin mərhum imam-cüməsi Məhəmməd Əli Ali-Haşimin vəsiyyətnaməsi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, o, vəsiyyətnaməsində şəhid olacağını qeyd edib:

"İslamın müqəddəs əmrinə əsasən vəsiyyət edirəm: Bilirəm ki, şəhid olacağam, çoxdan arzumdur, bu halda Təbriz mehrabında üç şəhid olacaq. Dəfn zamanı mümkünsə Kərbəlada aldığım və İmam Hüseynin (ə) hərəminə mübarək etdiyim kəfəndən istifadə edin". Dərmanlar

Xatırladaq ki, mayın 19-da baş vermiş helikopter qəzasında İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digər rəsmi şəxslər, habelə 3 pilot həlak olub.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
1
yenisabah.az

2Sources