EN

Qadınlar, diqqətli olun! Qurbana çevrilə bilərsiniz - TƏHLÜKƏ! 

Xəbər verdiyimiz kimi, son zamanlar sosial şəbəkələrdə hamiləlik və süni mayalanma üçün donorların axtarılması barədə müxtəlif elan paylaşımları edilir. Bəs bu məsələ Azərbaycan qanunvericiliyində necə tənzimlənir? 

Mövzu haqda “Yeni Sabah”a ətraflı məlumat verən hüquqşünas Ellada Bayramova məsələnin hüquqi tərəfini belə açıqlayıb: 

“Cinayət Məcəlləsində qadına razılığı olmadan, həmçinin, yetkinlik yaşına çatmayan qadına süni mayalanma ilə embrionu implantasiya etməyə görə 500 manatdan 1000 manata qədər cərimə və ya iki il müddətində islah işləri, 3 ilə qədər müəyyən vəzifə tutma və fəaliyyətlə məşğul olmaq hüquqlarından, yaxud da 3 il müddətində azadlıqdan məhrum edilməklə cəzalandırılır. Dəyişikliklərdə cərimənin 4000 manatdan 7000 manata artırılması təklif olunur. Bundan başqa, şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, nəsil artırma qabiliyyətindən məhrum edilməsi, qadının hamiləlikdən qorunması məqsədilə əməliyyat edilməsi üçün nəzərdə tutulan 500 manatdan 1000 manata qədər cərimə ləğv edilir. Əvəzinə iki il müddətində islah işləri, 3 ilə qədər müəyyən vəzifə tutma və fəaliyyətlə məşğul olmaq hüquqlarından, yaxud da 3 il müddətində azadlıqdan məhrum etmək nəzərdə tutulur. Təkliflə cəzanın cərimə hissəsi ləğv edilir. Nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətdə islah işləri, 3 ilə qədər müəyyən vəzifə tutma və fəaliyyətlə məşğul olmaq hüquqlarından məhrum edilməklə və ya edilməməklə, 2-4 il müddətində həbs edilməsi təklif edilir. Hazırda bu cəza həm də ölüm halının baş verməsinə aid edilir. Cəza müddəti 2 ildən 5 ilə qədərdir. Dəyişiklik layihəsinə əsasən bu cəza 3 ilə qədər müəyyən vəzifə tutma və fəaliyyətlə məşğul olmaq hüquqlarından məhrum edilməklə və yaxud edilməməklə, 3 ildən 5 ilə qədər azadlıqdan məhrum edilməklə cəzalandırılması nəzərdə tutulur”.  Həkim tap

Hüquqşünas bildirib ki, əgər qadın bilərəkdən, hamiləliyə görə donor axtarılan yerə müraciət edir və bu halın baş verməsinə özü razılıq verirsə, yəni donor olmağı qəbul edirsə, bu qanunvericiliyimizdə heç bir şəkildə tənzimlənmir: 

“Bu proses vəkil iştirakı ilə həyata keçirilir. Yəni, gələcəkdə donor olan qadın dünyaya gətirdiyi uşaq üçün gələcəkdə iddia irəli sürərsə, uşaqla bağlı hər hansı bir haqqından, hüququndan məhrum olmasına görə vəkilə müraciət edilir. Bütün razılıqlar müqavilə formasında tərtib olunur. Əslində həmin prosesin qanunla tənzimlənməməsi çox böyük bir boşluqdur.  

Süni mayalanma üçün qadın donor axtarılan elanlarda qeyd olunur ki, müəyyən yaşa qədər xanımlar ödəniş əsasında donor ola bilər. Həmçinin, genetik xəstəlikləri olmayan xanımların müraciət etməsi nəzərdə tutulur. Son zamanlarda sosial şəbəkələrdə belə elanlara daha çox rast gəlinir. Bu məsələyə həkimlər tərəfindən başqa, hüquqşünaslar tərəfindən isə tamam başqa bir formada rəy bildirilir. Bir qadın 4-5 dəfə süni mayalanma üçün donor olur və bunların heç biri tutmursa, o zaman bunların heç biri istifadə olunmamış sayılır. Beləliklə, genetik xəstəlik riski də olmur. Həkimlər bu cür fikirləşir. Ancaq hüquqşünaslar belə düşünmür. Qanunda bu prosesin tənzimlənməməsi çox böyük bir problemdir. Qadın öz iradəsi ilə həmin prosedur üçün müraciət edən zaman məsələ qanunla tənzimlənmədiyindən donorluq müddətində süni mayalanma səbəbindən onun orqanizminə hər hansı infeksiya yeridilə bilər. Bütün bu amillər böyük təhlükə yaradır. Bir hüquqşünas olaraq, sözügedən prosesin tamamilə əleyhinəyəm və məsələnin düzgün formada, qanuni olaraq tənzimlənməsinin tərəfdarıyam. Həmin problemlər hər hansı bir şəkildə Donorluğa nəzarət üçün Səhiyyə Nazirliyi nəznində Etika Komissiyasından keçmirsə, əgər hüquq normaları əxlaq və etika normaları ilə vəhdət təşkil etmirsə, insan haqqında verilən qanunvericilik və hüquq normalarının icra mexanizmi müsbət nəticə verməyəcək. Bu mənim şəxsi fikrimdir”. 

Aytac Şahin 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
1
yenisabah.az

2Sources