EN

Torpaq sürüşməsi: 3 nəfər itkin düşüb

 İsveçrənin cənubunda güclü yağış və əriyən qarın səbəb olduğu sürüşmədən sonra axtarış işləri davam edir.

"Cebhe.info" xəbər verir ki, Qraubuster kantonunun Misox vadisində cümə günü baş verən sürüşmə zamanı xilasetmə əməliyyatına rəhbərlik edən İsveçrə polisindən Vilyam Kloter yerin altında qalan 1 qadının sağ-salamat xilas edildiyini bildirib.

İşin qruplarla yanaşı, xüsusi təlim keçmiş itlərlə də aparıldığını bildirən Kloter itkin düşənləri sağ tapacaqlarına ümid etdiklərini bildirib.

İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd təbii fəlakətdən sonra verdiyi açıqlamada sərt hava şəraitinin vurduğu ziyanın miqyasından şoka düşdüyünü deyib.

Amherd "Mənim fikrim bu vəziyyətdən təsirlənənlərlədir. Bu çətin vəziyyətdə yorulmaz səylərinə görə fövqəladə hallar işçilərinə təşəkkür edirəm",-deyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
1
cebheinfo.az

2Sources