EN

Baqajınız itərsə və ya zədələnərsə, nə etməlisiniz?

Bakı. Trend:

Baqajın itirilməsi sərnişin üçün arzuolunmaz haldır. Zədələnmişvə ya sınmış baqaj isə xoşagəlməz nəticələrə səbəb ola, unudulmazsəfərin xoş təəssüratlarına təsir edə bilər. Baqajını aviaşirkətəhəvalə edən sərnişin həm özünün, həm də baqajınıntəhlükəsizliyindən, eləcə də əşyalarının bütövlüyündən əmin olmaqistəyir.

Aviaşirkət sərnişin qarşısında Varşava Konvensiyası və MonrealKonvensiyası, habelə daşınma qaydaları çərçivəsində məsuliyyətdaşıyır.

Səyahət zamanı baqajla bağlı problemlərlə qarşılaşsanız,aviaşirkətlərin qaydalarında fərqləri nəzərə alaraq nə edəcəyinizibilmək xüsusilə vacibdir.

Sizi AZAL-ın nümunəsi üzərindən proseduru izləməyə dəvətedirik.

AZAL-ın daşınma qaydalarına əsasən sərnişinin baqajırəsmiləşdirildikdən sonra onun qorunması və daşınmasına görəməsuliyyəti aviaşirkət öz üzərinə götürür. Bunun təsdiqi olaraqaviaşirkət biletdə yerlərin sayı və qəbul olunan baqajın çəkisibarədə qeydlər edir və sərnişinə baqajın eyniləşdirmə birkasınıntalonunu verir. Biletdə qeydiyyata alınmış baqajın çəkisi haqqındaqeyd olmadığı təqdirdə, qeydiyyata alınmış baqajın tam çəkisininpulsuz daşınma normasından artıq olmadığı hesab edilir.

İtirilmiş və tapılmış baqaj (“Lost andFound”)

Baqaj itdikdə, əskik gəldikdə, zədələndikdə, habelə daşınmazamanı yubadıldıqda, eləcə də baqaj qəbzi (baqaj birkası) olmadanbaqaj təhvil verildiyi hallarda nöqsan aşkar edildikdən dərhalsonra sərnişin aeroportun rejim zonasından çıxmazdan əvvəl “Lostand Found” masasına müraciət etməlidir. Baqajın daşınması zamanınöqsanların mövcud olması haqqında akt (PIR – “PropertyIrregularity Report”) tərtib edilir və bu akt sərnişin vəaviaşirkətin nümayəndəsi tərəfindən imzalanır.

PIR aktı baqajı axtarmaq üçün istifadə olunur, bu səbəbdən formatələb olunan qaydada doldurulmalıdır. PIR aktında pasportməlumatları, əlaqə vasitələri, uçuşun və baqaj birkasınınnömrələri, həmçinin çamadanın təsviri və içindəki əşyalargöstərilir.

Formanı doldurduqdan sonra sərnişinə dörd hərf və altı rəqəmdənibarət ərizə sənədinin nömrəsi verilir. Misal: GYDJ2 12345.

PIR aktında qeyd edilən telefon nömrəsinə gələn bildirişlərənəzarət edilməsi tövsiyə olunur, çünki baqaj tapıldığı halda həminnömrəyə SMS göndəriləcəkdir.

Bilmək vacibdir

Baqaja zərər vurulduğu hallarda sərnişin aşağıda qeyd edilənmüddət ərzində kompensasiya üçün yazılı iddia irəli sürmək hüququnamalikdir:

- Baqaj məhv edildiyi, zədələndiyi və ya əskik gəldiyi hallarda– zərər aşkar edildikdən dərhal sonra, lakin baqajın alındığıtarixdən 7 gündən gec olmamaqla;

- Baqajın daşınması ləngidildiyi hallarda – baqaj sərnişininsərəncamına verildiyi tarixdən 21 gün ərzində.

Baqajın zədələnməsi zamanı yalnız cızıq, batıq və nəmlənmə kimihallar aşkarlanarsa, haldan asılı olaraq aviaşirkət “AZAL MİLES”proqramı vasitəsilə sərnişinin mövcud və ya yeni hesabına 500-əqədər səyahət balları əlavə etməlidir.

Baqajın təkərlərinin və ya tutacaqlarının qırılması, baqajındeşilməsi, habelə baqajın istifadəyə tam və ya qismən yararsızolması kimi hallar baş verdiyi təqdirdə xidmət üzrə agenttərəfindən sərnişinə yeni baqaj təklif edilir.

Baqaj və ya yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcıonun tam dəyərini ödəyir. Baqaj və ya yük daşıyıcı tərəfindəndaşınmaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa,əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcıçatdırmanın gecikdirilməsi, zədələnmə və ya qismən məhv olma iləbağlı bütün zərər üçün məsuliyyət daşıyır.

Sərnişin baqajın itməsi ilə bağlı əlavə dəstək üçün [email protected]elektron poçt ünvanı və ya (+994 12) 497-26-00 (daxili nömrələr78-80, 78-81 və 22-05, 30-81) nömrəsinə müraciət edə bilər.

Əksər hallarda baqaj bir neçə gün ərzində tapılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
1
az.trend.az

2Sources