EN

Azərbaycan Ordusunun gücü beynəlxalq səviyyədə etiraf edilir- ÖZƏL

"Azərbaycan Ordusunun gücü, qüdrəti  beynəlxalq səviyyədə  etiraf edilir. Belə ki, aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. İkinci  Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik kimi dəyərləndirilir  və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər". "Olaylar" xəbər verir ki, bunu YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev deyib: 
"Əvvəldə də böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz  bütün uğurlarımızın zirvəsi oldu. Şanlı Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Azərbaycanın müstəqillik tarixinin Zəfər səhifələri daha da zənginləşir.  Xalqımız bu Qələbəni bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevə, rəşadətli ordumuza daim minnətdardır.  Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. 44 gündə 30 ilin işğalına son qoyuldu.  44 günün  hər günü Azərbaycan tarixinə Zəfər səhifəsi kimi yazıldı. Hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri,  zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
olaylar.az

1Sources