EN

Medvedev, Sadıqov, Qarayev Avropa Liqasının “Top-50”sində

Avrokuboklarda 2024/25 mövsümünün startına 15 gün qalıb.

İdman.biz xəbər verir ki, qitə miqyaslı turnirlərin startı ərəfəsində Avropa Liqasında ən çox oyun keçirən futbolçular açıqlanıb.

“Top-50”də Azərbaycanın üç təmsilçisi yer alıb. İkinci dərəcəli klub turnirində 73 matç keçirən Maksim Medvedev 12-ci yerə şərikdir. O, Mehmet Topal və Daniel Karrisu ilə eyni göstəriciyə malikdir. 66 oyuna çıxan Rəşad Sadıqov 30-cu, iki matç geri qalan Qara Qarayev 41-cidir.

Futbolçularımız dəqiqə sayında da ön sıralardadır. Medvedev 5963, Sadıqov 5902 dəqiqə meydanda olub. Onlar müvafiq olaraq 16-cı və 17-cidir. Qarayev (5206) 37-ci yerdədir.

Qeyd edək ki, hər iki göstəricidə Cüzeppe Berqomi liderdir. “İnter”in italiyalı futbolçusu 96 matçda 8477 dəqiqə şans qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
1
idman.biz

2Sources