EN

Zəfər tariximiz Azərbaycan Ordusunun şücaətini nümayiş etdirdi- ÖZƏL

"2020-ci ildə yaşadığımız tarixi Zəfər Azərbaycan Ordusunun qəhrəmanlığını, şücaətini nümayiş etdirdi. Bu Zəfərə qədər Ordumuz 2016-cı il Aprel döyüşlərində, 2018-ci il Naxçıvan qələbələrində hansı imkanlara malik olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərmişdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin hər gününü tarixə qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanı işğaldan azad etməklə Ermənistanın kapitulyasiya aktını imzalanmasını şərtləndirdi. Azərbaycanın tarixi Qələbəsi dünyaya səs saldı. Şuşa əməliyyatı bir dastana çevrildi". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib: 
"Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi.  Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara  diqqətin təcəssümüdür. Həmçinin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı tarix- 27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi 8 noyabr Zəfər Günü kimi təsis edildi. Atılan hər bir addım xalqımıza Zəfər sevincini yaşadan Vətən oğullarının qəhrəmanlıqlarının, şücaətinin  təbliğinə xidmət edir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
142
olaylar.az

1Sources