EN

“Bizim üçün önəmli oyunçudu” - Naqelsmann

"Sevinirik ki, ehtiyat oyunçular skamyasından meydana buraxa biləcəyimiz elə bir futbolçumuz var" “İsveçrə çox aqressiv oynayırdı, ancaq onlara qarşı oynamaq bizə rahat idi”. Matc.az xəbər verir ki, bu sözləri Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann deyib. O, AVRO-2024-ün qrup mərhələsinin 3-cü turunda İsveçrə ilə keçirilən matç (1:1) barədə danışıb: “Qol buraxana qədər müdafiədə inamlı təsir bağışladıq. Hesabda geri düşdükdən sonra isə risk etməyə başladıq. Məncə, heç-heçə layiqli nəticədi. Füllkruq yenə yaxşı qol vurdu. O, bizim üçün önəmli oyunçudu. Sevinirik ki, ehtiyat oyunçular skamyasından meydana buraxa biləcəyimiz elə bir futbolçumuz var”. Qeyd edək ki, Almaniya yığması qrup birincisi kimi turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
matc.az

1Sources