EN

Dağıstanda üçgünlük matəm elan olundu

Mahaçqalada və Dərbənddə  insanların həlak olması ilə nəticələnən terror aktları ilə əlaqədar Dağıstanda bu gündən etibrən üçgünlük matəm başlanır. 

Dağıstan Respublikasının rəhbərliyinin açıqlamasında deyilir: "24,25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. Qərarı Sergey Melikov imzalayıb".

Xəbər verildiyi kimi, bazar günü terrorçular pravoslav kilsələrinə, sinaqoqa və Yol-Nəqliyyat Xidməti postuna hücumlar edib. Nəticədə, məbədin işçisi, dinc sakinlər və polislər - ümumilikdə 15 nəfərdən artıq insan həlak olub.

Bu gün Dağıstanda dövlət bayraqları endirilib, radio və televiziyada, həmçinin müəssisələrdə əyləncəli proqramları ləğv edilib.

Hürr Tərcüman

Chosen
137
hurriyyet.az

1Sources