EN

“Ukrayna müharibəsinə iki zənglə son qoymaq olar“ - Orban

Macarıstanın baş naziri Viktor Orban Ukrayna müharibəsi ilə bağlı diqqət çəkən fikirlər səsləndirib. Almaniyanın Welt nəşrinin yaydığı məlumata görə, Orban belə hesab edir ki, Ukraynadakı münaqişəyə iki zənglə son qoymaq olar.

“ABŞ prezidenti yer üzündə Kiyev və Moskvaya iki həlledici zəng edə biləcək yeganə şəxsdir”, - o qeyd edib.

Lakin Macarıstanın baş naziri Baydenin adını çəkməyib. Onun fikrincə , bu, yalnız Ağ Evin keçmiş rəhbəri Donald Tramp prezident seçilərsə, ola bilər. O, həmçinin iddia edib ki, Angela Merkel Almaniyanın kansleri olsaydı, Ukrayna münaqişəsi bu qədər geniş vüsət almazdı. Eyni zamanda, Orban Macarıstanın tez bir zamanda atəşkəsin əldə olunmasının tərəfdarı olduğunu vurğulayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Chosen
109
40
news365.az

10Sources