EN

Poqbadan emosional açıqlama: Bitdi, mən artıq yoxam

Dopinqdən istifadə etdiyi üçün 4 illik cəza çəkən "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba uzun müddətdən sonra susqunluğu pozub.

Publika.az xəbər verir ki, o, karyerası haqda emosional danışıb:

“Bitdi, mən artıq yoxam. Mən artıq kim olduğumu bilmirəm. Futbol mənim həyatım, həvəsimdir. İndi özümü itmiş kimi hiss edirəm. Peşəkar karyeramda əldə etdiyim hər şey əlimdən alındı”.

Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçinin dopinq testi müsbət çıxıb. Fevralın 29-da antidopinq məhkəməsi futbolçunun 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra o, apellyasiya şikayəti verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
publika.az

1Sources