EN

DİM sədri səriştə modelindən DANIŞDI

“Səriştə modeli daha keyfiyyətli, daha bacarıqlı, dövlət qulluğunda bütün prosesləri daha şəffaf keçirməyə imkan verəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda seminarda jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  deyib.

Onun sözlərinə görə, burda təkcə dövlət qulluqçularının seçimi yox, eyni zamanda onların aprobasiyası, işinin qiymətləndirilməsi və yeni modellərin istifadəsi həyata keçiriləcək. 

“Mən ümidvaram ki, bu seminar olduqca faydalı olacaq”, - deyə Məleykə Abbaszadə qeyd edib.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
bakivaxti.az

1Sources