EN

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır

26 iyun – Azərbaycan Respublikası Silahlı qüvvələri günüdür. Ümummilli Lider Heydər Əliyev “Müstəqillik dövründə qazandığımız ən mühüm naliyyətlərdən biri milli ordumuzun yaradılması olmuşdur ”.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanmışdır. Əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu  ordu quruculuğu, hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi, Hərbi Akademiyanın yaradılması hərb sahəsində peşəkar milli  kadr ehtiyatının formalaşması  nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoydu.

Güclü Ordusu olan ölkə həm döyüş meydanında, həm də siyasi proseslərdə öz sözünü deyə bilir. Ali Baş Komandan Ilham Əliyev “ Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”.

Bu gün Azərbaycan Ordusu dövlətimizin,  müstəqilliyimizin qarantıdır. Ümummilli Liderin layiqli davamçısı  Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun gücü sayəsində torpaqlarımızın  işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə sabitliyin qorunması, sərhədlərimizin  toxunulmazlığının təmin edilməsi  güclü Ordunun, vətənpərvərlik  ruhunun yüksək səviyyədə olmasının göstəricisidir.

Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır. Bu gün xalqla ordu arasındakı  birliyin yüksək səviyyədə olduğu hər kəsə məlumdur. Xalqla ordunun arasındakı möhkəm əlaqənin,  sarsılmaz birliyin  mövcud olması ordumuzun  gücünü artırır.  44 günlük  müharibədə xalq ordusuna dəstək oldu.  Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi  olaraq  insanlar ordumuzla həmrəylik nümayış etdirdi. Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi fədakarlık və qətiyyəti, igidliyi sayəsində işğal altında olan torpaqlaımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Azərbaycan əsgəri Azərbaycan zabiti xalqımızın fəxri, qürurusunuz!

Nazilə Məmmədova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 29" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
ikisahil.az

1Sources