Bu gün Ermənistanda Kirants(Günən)-Açarkut avtomobil yolunda yol tikintisi işləri ilə əlaqədar iyunun 24-də saat 14:00 radələrində partlayış işləri aparılacaq.
“Cebhe.info” xəbər verir ki, bu barədə Ermənistanın Yol Departamenti Fondu məlumat yayıb.
Qeyd edək ki, 4 kənd Azərbaycana qaytarıldıqdan və Kirantsın(Günən) girişindəki körpünün Azərbaycanın nəzarətinə keçməsindən sonra ermənilər yeni çəkilən bu yoldan istifadə edəcəklər.
Məlumatda deyilir:
“Yol tikintisi işləri ilə əlaqədar bu gün, iyunun 24-də saat 14:00 radələrində Kirants-Açarkut avtomobil yolunda partlayış işləri aparılacaq. İctimaiyyəti narahat olmamağa çağırırıq”.