EN

"Bu turnirdə nəyə qadir olduğumuzu artıq sübut etmişik"

Almaniya millisinin hücumçusu Niklas Füllkruq AVRO-2024-də üçüncü turda İsveçrə ilə görüşdəki heç-heçəni şərh edib.

Sportal.az "UEFA"ya istinadən xəbər verir ki, almaniyalı forvard 1:1 hesablı bərabərlik haqda bunları deyib:

“Bu, komanda olaraq bizim üçün əla məqamdır. Bu, nokaut oyunu deyildi. Burada adətən asan rəqib olmur. Amma çempion olmaq istəyirsənsə, həqiqətən güclü rəqibləri məğlub etməlisən. Düşünürəm ki, biz bu turnirdə nəyə qadir olduğumuzu artıq sübut etmişik".

Qeyd edək ki, Almaniya millisi qrupdakı ilk iki oyununda qalib gəlmişdi. Son turda da heç-heçə edən almanlar 1/8 finala vəsiqəni reallaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
sportal.az

1Sources