EN

Apple və Meta-dan süni intellekt tərəfdaşlığı

Uzun müddətdir ki, rəqib olan Apple və Meta, süni intellekt ortaqlığı haqqında danışıqlar aparıb.   Manset.az xarici mediaya istinadən xəbər verir ki,  iki şirkət Meta-nın generativ süni intellekt modelinin Apple-ın bu yaxınlarda "İphone" cihazları üçün elan etdiyi süni intellekt sisteminə inteqrasiyasını müzakirə ediblər.  Qeyd edək ki, Google və Meta-dan başqa, Anthropic və Perplexity də öz generativ süni intellektini Apple Intelligence-ə gətirmək üçün Apple ilə müzakirələr aparır. Apple ilə sövdələşmələr süni intellekt şirkətlərinə məhsullarının daha geniş yayılmasına kömək edəcək. Potensial maliyyə gözləntilərinin ölçüsü bəlli deyil.  

Fidan Əliyeva

Chosen
120
manset.az

1Sources