EN

Azərbaycan ilk dəfə kiçik su elektrik stansiyaları üçün karbon kreditləri alacaq

Bakı. Trend:

2024-cü ilin əvvəlində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”,“Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan”, eləcə də, Laçınrayonunda yerləşən “Mirik” və “Qarıqışlaq” kiçik su elektrikstansiyaları üçün karbon sertifikatlarının alınması və bununlakarbon kreditləri üzrə könüllü bazarda iştirakın təmin edilməsiməqsədilə “Azərenerji” ASC və “SOCAR Trading” əməkdaşlığıçərçivəsində Qətərdə yerləşən “Global Carbon Council” və İsveçrədəyerləşən “Gold Standard” qurumlarına müraciət edilib.

Bu barədə Trend-ə “AzərEnerji”dən məlumat verilib.

Bildirilib ki, yuxarıda qeyd edilən qurumlar tərəfindən yeddikiçik su elektrik stansiyası üzrə sənədlərə ilkin baxış keçirilibvə qeydiyyat proseduru çərçivəsində sahə auditi təyin olunub. Sahəauditi mərhələsinin icrası məqsədilə audit şirkəti cəlb edilib. Bumərhələ 10 iyun 2024-cü il tarixindən başlayaraq, üç gün ərzindəAzərbaycanda səfərdə olan ekspert tərəfindən həyata keçirilib.

Qeydiyyat proseduru davam edən yeddi kiçik su elektrikstansiyasının fəaliyyəti nəticəsində il ərzində 45 – 50 min tonkarbon dioksid qazının atmosferə atılmasının qarşısının alınmasınəzərdə tutulub.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə həyata keçiriləcəkbu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazardaiştirak üçün müraciət edilən ilk layihələrdəndir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
26
az.trend.az

10Sources